Yuxarı

Azərbaycan millisinin qapıçısı bu gün Portuqaliya çempionatında debüt edəcək

Yığmanın digər oyunçusunun adı isə 18-liyə salınmayıb

Bakı. 23 sentyabr. REPORT.AZ/ Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev bu gün Portuqaliyanın "Boavişta" klubunun heyətində ilk oyununa çıxacaq. Bu barədə "Report"a 30 yaşlı qolkiperin keçmiş klubu "Sumqayıt"ın meneceri Ceyhun Sultanov məlumat verib. 

Sultanovun sözlərinə görə, Ağayev onunla əlaqə saxlayaraq, "Portu" ilə bugünkü Portuqaliya çempionatı matçında adının ilk "11-liy"ə daxil edildiyini bildirib. Təcrübəli qapıçı, həmçinin yığmanın digər üzvü Emin Mahmudovun Portu derbisində "18-liy"ə belə daxil edilmədiyini söyləyib. Bakı vaxtı ilə saat 22:00-da başlanacaq "Portu" - "Boavişta" matçı CBC Sport telekanalı vasitəsilə canlı yayımlanacaq. 

Qeyd edək ki, Kamran Ağayev "Boavişta" ilə sentyabrın 12-də azad agent kimi müqavilə bağlayıb. Bundan sonra Ağayev komandasının "Feyrensi" ilə Portuqaliya çempionatı matçında "18-liy"ə belə daxil edilməyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi