Azərbaycan millisinin qapıçısı: "Bir xal yaxşı nəticə ola bilər"

Azərbaycan millisinin qapıçısı: "Bir xal yaxşı nəticə ola bilər" "Bu futbolla Azərbaycan futbolu arasında çox fərq var"
Futbol
10 Noyabr , 2016 15:49
Azərbaycan millisinin qapıçısı: Bir xal yaxşı nəticə ola bilər

Şimali İrlandiya, Belfast. 10 noyabr. REPORT.AZ/ "Şimali İrlandiya ilə oyunda 1 xal da bizim üçün yaxşı nəticədir. İlk 3 oyunda məğlub olmadan 7 xal toplamağımız komandaya əlavə inam gətirib. İnanırıq ki, ən azından 1 xalla qayıdarıq".

Bunu "Report"un Belfasta ezam olunmuş əməkdaşına açıqlamasında futbol üzrə Azərbaycan millisinin qapıçısı Səlahət Ağayev deyib.

S.Ağayev 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində səfərdə Şimali İrlandiya ilə sabah baş tutacaq görüşdən danışıb. O, rəqibin heyətində güclü futbolçuların olduğunu bildirib: "Reallığı nəzərə almaq lazımdır. Bizdən qat-qat güclü futbolçuları var. Bu da güclü çempionatlarda çıxış etmələri ilə bağlıdır. Şimali İrlandiya deyəndə, Britaniya futbolu adamın yada düşür. Bildiyiniz kimi, bu futbolla Azərbaycan futbolu arasında çox fərq var. Onların oynadıqları çempionatla bizim oynadığımız çempionat eyni səviyyədə deyil. Evdə oynadıqları üçün üstünlükləri var. Bu baxımdan deyərdim ki, bir xal bizim üçün yaxşı nəticə olar. Buna nail bilərik".

Qeyd edək ki, noyabrın 11-də keçiriləcək Şimali İrlandiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi