Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycan milli komandasının məşqçisi Elçin Rəhmanov UEFA Millətlər Liqasında qrup rəqibləri olan Kosovo və Farer adaları yığmalarının yoldaşlıq görüşlərini izləyəcək.
"Report"un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, bununla bağlı baş məşqçi Qurban Qurbanov göstəriş verib.
E.Rəhmanov martın 24-də Fransada keçiriləcək Kosovo – Madaqaskar və ertəsi gün İspaniyada təşkil olunacaq Farer Adaları – Lixtenşteyn qarşılaşmalarına canlı baxacaq.
Qeyd edək ki, Millətlər Liqasında Azərbaycanın daha bir rəqibi Maltadır.