Yuxarı
    Bağlamaq

    Azərbaycan millisinin heyətinə yeni futbolçu çağırılıb

    Dmitri Nazarov Moldova ilə oyunda iştirak etməyəcək

    Bakı. 9 noyabr. REPORT.AZ/ Noyabrın 17-də Moldova yığması ilə yoldaşlıq görüşü keçirəcək Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Almaniyanın “Karlsrue” klubunun üzvü Dmitri Nazarov zədələndiyi üçün millinin toplanışında iştirak etməyəcək.

    Heyətlə bağlı daha bir yenilik baş məşqçi Robert Prosineçkinin “Sumqayıt” klubunun futbolçusu Ağabala Ramazanovu milli komandanın toplanışına dəvət etməsidir.

    Qeyd edək ki, Ağabala Ramazanov Moldova ilə oyuna çağırılan ikinci hücumçu olub. Daha öncə Robert Prosineçkinin siyahısında bu mövqedə yalnız Ruslan Qurbanov yer alırdı. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi