Azərbaycan millisi və rəqiblərinin FIFA reytinqindəki mövqeyi dəyişməyib

Azərbaycan millisi və rəqiblərinin FIFA reytinqindəki mövqeyi dəyişməyib Siyahı yeni hesablama sistemi əsasında hazırlanıb
Futbol
16 Avqust , 2018 12:02
Azərbaycan millisi və rəqiblərinin FIFA reytinqindəki mövqeyi dəyişməyib

Bakı. 16 avqust. REPORT.AZ/ FIFA 2018-ci il dünya çempionatından sonra ilk dəfə yığma komandaların reytinq siyahısını açıqlayıb.

“Report” xəbər verir ki, ötən dövr ərzində heç bir oyun keçirməyən Azərbaycan millisinin mövqeyi dəyişməz qalıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv yeni hesablama sisteminə əsasən, 1207,4 xalla 105-ci pillədədir.

Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsində sentyabrın 7-də qarşılaşacağı Kosovo yığmasının mövqeyi dəyişməz qalıb. Bu kollektiv 1080 xalla 141-ci pillədədir. Qurpdakı Farer adaları və Maltanın da mövqeyi dəyişməyib. Bu rəqiblər müvafiq olaraq, 1268 xalla 90-cı və 928 xalla 184-ci sırada qərarlaşıblar.

Rusiyada keçirilmiş mundialın qalibi olan Fransa millisi 6 pillə irəliləyərək, 1726,41 xalla zirvəyə yerləşib. İkinci sıradakı Belçika yığmasının 1722,66 xalı var. Braziliya kollektivi isə 1656,84 xalla 3-cü yerdədir.

Liderliyi əldən verən Almaniya millisi 14 pillə geriləyib. Bundestim 1560,71 xalla 15-ci sıradadır.

Qeyd edək ki, növbəti reytinq siyahısı sentyabrın 20-də açıqlanacaq. 

Son xəbərlər

Orphus sistemi