​Azərbaycanın daha bir yığması Makedoniyaya məğlub olub

​Azərbaycanın daha bir yığması Makedoniyaya məğlub olub Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb
Futbol
1 İyun , 2016 14:34
​Azərbaycanın daha bir yığması Makedoniyaya məğlub olub

Bakı. 1 iyun. REPORT.AZ/ Bu gün Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığma komandası (U-19) Makedoniyadakı təlim-məşq toplanışı çərçivəsində ilk yoldaşlıq görüşünü keçirib. "Report"un məlumatına görə, Nazim Süleymanovun baş məşqçi olduğu komandanın rəqibi makedoniyalı həmyaşıdları olub.

Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

U-19 yığması iyunun 4-dək davam edəcək hazırlıq prosesi çərçivəsində meydan sahibləri ilə 2-ci yoxlama matçını da keçirəcək. Həmin oyun iyunun 3-də Bakı vaxtı ilə saat 12:30-da olacaq.

Qeyd edək ki, daha öncə Azərbaycanın əsas millisi Avstriya toplanışında Makedoniyaya uduzub - 1:3.

Son xəbərlər

Orphus sistemi