Azərbaycan millisi Farer adaları və Kosovo ilə oyunun hazırlıqlarına 22 futbolçu ilə başlayıb

Azərbaycan millisi Farer adaları və Kosovo ilə oyunun hazırlıqlarına 22 futbolçu ilə başlayıb Bakı. 12 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında Farer adaları və Kosovo ilə keçirəcəyi oyunların hazırlıqlarına başlayıb.
Futbol
12 Noyabr , 2018 12:40
Azərbaycan millisi Farer adaları və Kosovo ilə oyunun hazırlıqlarına 22 futbolçu ilə başlayıb

Bakı. 12 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında Farer adaları və Kosovo ilə keçirəcəyi oyunların hazırlıqlarına başlayıb.

Milli komandanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yığma bu gün "Dalğa Arena"da toplaşıb. Komanda hazırlıq prosesinə 22 oyunçu ilə start verib. 

Ölkə xaricində çıxış edən futbolçulardan Pavlo Paşayev, Dmitri Nazarov və Ramil Şeydayev yığma ilə birgə məşqlərə qatılıb. Klublarının heyətlərində ötən gün çempionat oyunlarında iştirak etmiş Riçard Almeyda və Rüfət Dadaşov isə axşam saatlarında Bakıya gələcək.

Qeyd edək ki, Farer adaları ilə oyun noyabrın 17-də Bakı Olimpiya Stadionda olacaq. Azərbaycan millisi noyabrın 20-də Priştinadakı Fadil Vokkri adına stadionda Kosovo ilə qarşılaşacaq. Baş məşqçi Qurban Qurbanov bu görüşlərə 24 futbolçu dəvət edib.  

Son xəbərlər

Orphus sistemi