Yuxarı

Azərbaycan milli komandasının baş məşqçi postuna namizəd olan Robert Prosineçki Bakıya gəlib

Xorvatiyalı mütəxəssis Xəzər Lənkəran - Neftçi matçını stadiondan izləyəcək

Bakı. 24 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçi vəzifəsinə namizədlərdən olan Robert Prosineçki Bakıya gəlib. "Report"un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, xorvatiyalı mütəxəssis bu gün Topaz Premyer Liqasının XIII turu çərçivəsində “Dalğa Arena”da keçiriləcək “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşmasını stadiondan canlı izləyəcək. 

Prosineçki futbol təsərrüfatı ilə də tanış olduqdan sonra AFFA rəhbərliyi ilə danışıqların növbəti mərhələsinə başlayacaq.

Qeyd edək ki, "Xəzər Lənkəran" - "Neftçi" matçı saat 17:00-da başlanacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi