Azərbaycan milli komandasının baş məşqçi postuna namizəd olan Robert Prosineçki Bakıya gəlib

Azərbaycan milli komandasının baş məşqçi postuna namizəd olan Robert Prosineçki Bakıya gəlib Xorvatiyalı mütəxəssis "Xəzər Lənkəran" - "Neftçi" matçını stadiondan izləyəcək
Futbol
24 Noyabr , 2014 10:43
Azərbaycan milli komandasının baş məşqçi postuna namizəd olan Robert Prosineçki Bakıya gəlib

Bakı. 24 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçi vəzifəsinə namizədlərdən olan Robert Prosineçki Bakıya gəlib. "Report"un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, xorvatiyalı mütəxəssis bu gün Topaz Premyer Liqasının XIII turu çərçivəsində “Dalğa Arena”da keçiriləcək “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşmasını stadiondan canlı izləyəcək. 

Prosineçki futbol təsərrüfatı ilə də tanış olduqdan sonra AFFA rəhbərliyi ilə danışıqların növbəti mərhələsinə başlayacaq.

Qeyd edək ki, "Xəzər Lənkəran" - "Neftçi" matçı saat 17:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi