Yuxarı
    Bağlamaq

    Azərbaycan milli komandası FİFA reytinqində 22 pillə geriləyib

    Ən çox geriləmə Arubaya məxsusdur

    Bakı. 7 aprel. REPORT.AZ/ FİFA dünya yığmalarının növbəti reytinq cədvəlini açıqlayıb. "Report"un məlumatına görə, Azərbaycan millisi ötən ayla müqayisədə 22 pillə geriləyib.

    Hazırda 269 xala malik yığma 134-cü mövqedədir. Belə geriliyə martın 26-da keçirilmiş yoldaşlıq görüşündə Qazaxıstana 0:1 hesablı məğlubiyyət ciddi təsir edib. Əvəzində rəqib bu qələbə və Gürcüstanla səfər matçındakı 1:1 hesablı heç-heçə sayəsində 9 pillə irəliləyərək, 300 xalla 116-cı mövqedə qərarlaşıb. Halbuki ötən ay məhz Azərbaycan millisi bu qədər xala malik idi.

    Ən çox geriləmə Arubaya məxsusdur - 24 pillə. Bu ölkə hazırda 259 xalla 137-cidir.

    Qeyd edək ki, növbəti reytinq siyahısı mayın 5-də açıqlanacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi