Yuxarı

Azərbaycan Kubokunun finalında atəşfəşanlıq olacaq

Final oyununda kubok stadiona helikopterlə endiriləcək

Bakı. 8 may. REPORT.AZ/ "Neftçi" və "Qarabağ" futbol klubları arasında keçiriləcək Azərbaycan Kubokunun final görüşündə atəşfəşanlıq olacaq. 

"Report"un məlumatına görə, kubok Qəbələ şəhər stadionuna helikopterlə endiriləcək.

Artıq bununla bağlı hazırlıq işləri görülür.

Stadionda əlava tribunalar, oyunun çəkilişini aparacaq kameralar üçün yerlər və mükafatlandırma mərasimi üçün səhnə quraşdırılacaq.

Oyundan sonra mükafatlandırma mərasimi baş tutacaq. Tədbir atəşfəşanlıqla yekunlaşacaq.

Qeyd edək ki, Azərbaycan Kubokunun final görüşü iyunun 3-də baş tutacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi