Azərbaycan Kubokunun finalında atəşfəşanlıq olacaq

Azərbaycan Kubokunun finalında atəşfəşanlıq olacaq Final oyununda kubok stadiona helikopterlə endiriləcək
Futbol
8 May , 2015 17:30
Azərbaycan Kubokunun finalında atəşfəşanlıq olacaq

Bakı. 8 may. REPORT.AZ/ "Neftçi" və "Qarabağ" futbol klubları arasında keçiriləcək Azərbaycan Kubokunun final görüşündə atəşfəşanlıq olacaq. 

"Report"un məlumatına görə, kubok Qəbələ şəhər stadionuna helikopterlə endiriləcək.

Artıq bununla bağlı hazırlıq işləri görülür.

Stadionda əlava tribunalar, oyunun çəkilişini aparacaq kameralar üçün yerlər və mükafatlandırma mərasimi üçün səhnə quraşdırılacaq.

Oyundan sonra mükafatlandırma mərasimi baş tutacaq. Tədbir atəşfəşanlıqla yekunlaşacaq.

Qeyd edək ki, Azərbaycan Kubokunun final görüşü iyunun 3-də baş tutacaq.

Son xəbərlər

Orphus sistemi