Yuxarı
    Bağlamaq

    Azərbaycan Kubokunun final matçının keçiriləcəyi stadion müəyyənləşib

    Qarabağla Neftçi mərkəzi arenada üz-üzə gələcək© Courtesy İmage

    Bakı. 9 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunun final matçının keçiriləcəyi stadion müəyyənləşib. "Report"un məlumatına görə, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

    Mayın 25-də baş tutacaq oyunda "Qarabağ"la "Neftçi" komandaları üz-üzə gələcək. Nominal meydan sahibinin “Qarabağ” olacağı final görüşünün başlama vaxtı ilə bağlı məlumat veriləcək.

    Qeyd edək ki, Respublika stadionu Gənclər və İdman Nazirliyinin balansında olsa da, "Qarabağ" tərəfindən icarəyə götürülüb. Bu yaxınlarda arenanın ot örtüyündə əsaslı təmir işləri aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi