Yuxarı

Azərbaycan Kubokunun final matçından öncə konsert olacaq

Aygün Kazımova ilə Rauf oxuyacaq

Bakı. 18 may. REPORT.AZ/ Mayın 25-də "Qarabağ" və "Neftçi" komandaları arasındakı Azərbaycan Kubokunun final matçından öncə Tofiq Bəhramov adına Respublika Stadionunda konsert proqramı təşkil ediləcək. "Report"un məlumatına görə, ifaçılar xalq artisti Aygün Kazımova ilə gənc müğənni Rauf olacaq.

Daha sonra hamı Azərbaycan himnini oxuyacaq. Saat 20:00-da isə final matçı başlanacaq.

Qeyd edək ki, biletlər mayın 20-dən respublika stadionunun kassalarında satışa çıxarılacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi