Bakı. 18 may. REPORT.AZ/ Mayın 25-də "Qarabağ" və "Neftçi" komandaları arasındakı Azərbaycan Kubokunun final matçından öncə Tofiq Bəhramov adına Respublika Stadionunda konsert proqramı təşkil ediləcək. "Report"un məlumatına görə, ifaçılar xalq artisti Aygün Kazımova ilə gənc müğənni Rauf olacaq.
Daha sonra hamı Azərbaycan himnini oxuyacaq. Saat 20:00-da isə final matçı başlanacaq.
Qeyd edək ki, biletlər mayın 20-dən respublika stadionunun kassalarında satışa çıxarılacaq.