Yuxarı

Azərbaycan Kubokunun bütün oyunları 1 dəqiqəlik sükutla başlanacaq

AFFA qərar qəbul edib

Bakı. 2 dekabr. REPORT.AZ/ Braziliyanın “Chapecoense” klubunun futbolçularının da olduğu təyyarə qəzasında həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla anılacaq. 

"Report"un məlumatına görə, bu barədə AFFA-nın rəsmi saytı xəbər yayıb. Qərar qurumun bayrağı altında təşkil edilən bütün yarışlarda qarşıdakı oyunlara şamil ediləcək. Bu isə o deməkdir ki, Azərbaycan Kubokunun 2-3 dekabrda keçiriləcək 1/8 final oyunlarının hamısı 1 dəqiqəlik sükutla başlanacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi