​Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək

​Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək Bölgələrdə isə "Xəzər Lənkəran" - "İnter" və "Simurq" - "Qəbələ" görüşü baş tutacaq
Futbol
13 Mart , 2015 10:29
​Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək

Bakı. 13 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək. "Report"un məlumatına görə, görüşlərin ikisi Bakıda, biri Zaqatalada, digəri isə Lənkəranda baş tutacaq.

İlk olaraq AZAL - "Neftçi" və "Bakı" - "Qarabağ" klubları üz-üzə gələcək. Şüvəlanda keçiriləcək qarşılaşmada həm "təyyarəçilər", həm də "ağ-qaralar"ın növbəti mərhələyə yüksəlmək şansı var. İlk görüş qolsuz bərabərliklə yekunlaşdığından AZAL 1/4 finala vəsiqə qazanmaq üçün ən azından 90 dəqiqə ərzində qapısını toxunulmaz saxlmalıdır. "Neftçi" isə qollu heç-heçə nəticəsində kubokda mübarizəni davam etdirəcək.

"Bakı" və "Qarabağ" komandalarının qarşılaşmasında isə favorit Ağdam klubudur. Şüvəlanda baş tutacaq görüşdən fərqli olaraq bu oyunda "Qarabağ" açıq üstünlüyə malikdir. İlk görüşdə rəqib qapısından 3 cavabsız top keçirən Qurban Qurbanovun komandasının bugünkü nəticəyə uyğun olaraq kubokda mübarizəni dayandırması mümkünsüz görünür. Üstəlik "Bakı"nın maddi vəziyyəti komandanın uğurlu çıxışına mane olur.

Bölgələrdə isə "Xəzər Lənkəran" - "İnter" və "Simurq" - "Qəbələ" görüşü baş tutacaq.

13 mart (cümə)

15:00. AZAL (Bakı) – “Neftçi” (Bakı)

Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Rahil Ramazanov, Elman Musayev

Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Əliyar Ağayev

Bakı, "AZAL Arena"

İlk oyun: 0:0

15:00. “Bakı” – “Qarabağ” (Ağdam)

Hakimlər: Xəlil Xəlilov, Azər Əsgərov, Mehman Mahmudov, Yaşar Abbasov

Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Orxan Məmmədov

“Bakı” klubunun təlim-məşq bazasının stadionu

İlk oyun - 0:3

17:00. “Xəzər Lənkəran” – “İnter” (Bakı)

Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Rza Məmmədov, Ömər Paşayev

“Xəzər Lənkəran” mərkəzi stadionu

İlk oyun - 0:2

17:00. “Simurq” (Zaqatala) – “Qəbələ”

Hakimlər: Ramil Diniyev, Namiq Hüseynov, Kamran Bayramov, Munis Abdullayev

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Etibar Həsənov

Zaqatala şəhər stadionu

İlk oyun - 3:0

Son xəbərlər

Orphus sistemi