Azərbaycan I Divizionunda mübarizə aparacaq komandaların sayı bəlli olub

Azərbaycan I Divizionunda mübarizə aparacaq komandaların sayı bəlli olub Çempionata yalnız bank zəmanət məktubu təqdim edən klublar buraxılacaq
Futbol
2 Avqust , 2017 12:45
Azərbaycan I Divizionunda mübarizə aparacaq komandaların sayı bəlli olub
Report.az

Bakı. 2 avqust. REPORT.AZ/ 2017/2018 mövsümündə futbol üzrə Azərbaycan I Divizionunda 12 komanda mübarizə aparacaq. 

“Report”un məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.

Onun sözlərinə görə, çempionata yalnız bank zəmanət məktubu təqdim edən klublar buraxılacaq.

Qeyd edək ki, ötən mövsüm Azərbaycan I divizionunda 14 komanda – “Səbail”, “Turan Tovuz”, “Ağsu”, “Qaradağ Lökbatan”, “Zaqatala”, “Şəmkir”, “Mil-Muğan”, MOİK, “Şahdağ”, “Şərurspor”,“Energetik”, “Bakılı”, “Rəvan” və “Göyəzən” mübarizə aparıb. 

Son xəbərlər

Orphus sistemi