​Azərbaycan futbolunda "lipa" aşkarlanıb

​Azərbaycan futbolunda "lipa" aşkarlanıb "Əlincə" klubunun futbolçusunun sənədləri saxta çıxıb
Futbol
4 Noyabr , 2014 15:26
​Azərbaycan futbolunda lipa aşkarlanıb
Bakı. 4 noyabr. REPORT.AZ/ Azərbaycan futbolunda sənədləri saxta olan daha bir futbolçu aşkar edilib. "Report"un məlumatına görə, U-15 liqasında iştirak edən “Əlincə” klubunun futbolçusu Arzu İsmayılzadənin sənədlərinin saxtalaşdırıldığı müəyyənləşib. 

Bu səbəbdən AFFA İntizam Komitəsi İsmayılzadənin iştirakı ilə keçirilən bütün oyunlarda “Əlincə” klubuna texniki məğlubiyyət verib. 

Daha bir qayda pozuntusu U-14 liqasında qeydə alınıb. U-14 Liqasında “Qoşqar” (UGİM) ilə matçda "Gənclərbirliyi” komandasının limiti pozması üzə çıxıb. Bu səbəbdən, "Gənclərbirliyi"nə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Son xəbərlər

Orphus sistemi