Yuxarı

​Azərbaycan futbolçusu Ukrayna klubunda çıxışını davam etdirəcək

O, Metallurq klubu ilə yeni müqavilə imzalayıb

Bakı. 15 Avqust. REPORT.AZ/ Əslən azərbaycanlı olan təcrübəli müdafiəçi Pavel Paşayev Ukraynanın "Metallurq" klubunda çıxışını davam etdirəcək.

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu ildən Azərbaycan yığmasının şərəfini qoruyacaq futbolçunun adı Zaparojski klubunun 2015/2016-cı illər mövsümü üçün nəzərdə tutulan iştirak ərizəsinə daxil edilib.

Xatırladaq ki, Paşayev ötən mövsüm "Metallurq"un əsas oyunçularından olub. O, 2014/2015-ci illər mövsümündə komandanın bütün üzvlərindən çox vaxt keçirib – 2208 dəqiqə (25 oyun). Həmçinin müdafiəçi hesabına iki məhsuldar ötürmə də yazıb.

Pavel Paşayevin klubu ilə əvvəlki müqaviləsinin müddəti bu il mayın 31-də başa çatıb. Lakin indi demək olar ki, oyunçu və klubun münasibətləri bu mövsüm də davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi