Avropanın ən sadiq futbolçuları - SİYAHI

Avropanın ən sadiq futbolçuları - SİYAHI Transfermarkt saytı öz Instagram hesabında Avropanın Top-10 liqalarında klubuna ən sadiq futbolçuların infoqrafikasını yerləşdirib.
Futbol
25 Aprel , 2020 19:23
Avropanın ən sadiq futbolçuları - SİYAHI

"Transfermarkt" saytı öz "Instagram" hesabında Avropanın Top-10 liqalarında klubuna ən sadiq futbolçuların infoqrafikasını yerləşdirib.

"Report"un məlumatına görə, Rusiyanın MOİK klubunun qapıçısı İqor Akinfeyev reytinqdə ilk pilləni tutub.

Moskva təmsilçisinin 34 yaşlı kapitanı 17 il 3 aydır sözügedən komandanın formasını geyinir.

İkinci sırada Fransa "Sent-Etyen"inin müdafiəçisi Loik Perren qərarlaşıb - 16 il 9 ay. "Barselona"nın kapitanı Lionel Messi isə 16 il 3 aylıq müddətlə 3-cü olub.

Klublarına ən sadiq futbolçuların sıralamasında ilk "onluq" aşağıdakı kimidir:

1. İqor Akinfeyev (MOİK, Rusiya) - 17 il 3 ay

2. Loik Perren ("Sent-Etyen", Fransa) - 16 il 9 ay

3. Lionel Messi ("Barselona", İspaniya) - 16 il 3 ay

4. Françesko Manyanelli ("Sassuolo", İtaliya) - 14 il 9 ay

5. Corco Kyellini ("Yuventus", İtaliya) - 14 il 9 ay

6. Serxio Ramos ("Real Madrid", İspaniya) - 14 il 7 ay

7. Semmi Bossyut ("Zulte Varegem", Belçika) - 13 il 9 ay

8. Bruno Soriano ("Vilyarreal", İspaniya) - 13 il 9 ay

9. Dieqo Lopes ("Espanyol", İspaniya) - 13 il 9 ay

10. Marselo ("Real Madrid", İspaniya) - 13 il 3 ay

Son xəbərlər

Orphus sistemi