Türkiyə Futbol Federasiyası (TFF) Çempionlar Liqasının finalı üçün UEFA-ya təminat verib.
"Report" "Fanatik" qəzetinə istinadən xəbər verir ki, qurum TFF-yə "turnirin yarımfinallarını da keçirmək üçün hazırsınızmı" deyə müraciət edib.
Federasiya isə öz növbəsində müsbət cavab verib və heç bir problemin olmayacağını vurğulayıb.
O da bildirilir ki, UEFA təkcə Çempionlar Liqası deyil, Avropa Liqasının yarımfinal görüşlərini də İstanbulda keçirməyi düşünür.
Qərarın UEFA İcraiyyə Komitəsinin mayın 27-dəki iclasında veriləcəyi qeyd olunub.
Qeyd edək ki, Çempionlar Liqasının finalı avqustun 29-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək. Avropa Liqasının həlledici qarşılaşmasının isə avqustun 26-da və ya 27-də Polşanın Qdansk şəhərində təşkili nəzərdə tutulub.