Avropa Liqasının finalında "Atletiko"nun rəqibi məlum olub - VİDEO

Avropa Liqasının finalında "Atletiko"nun rəqibi məlum olub - VİDEO Bu, Fransanın "Marsel" klubudur
Futbol
4 May , 2018 01:37
Avropa Liqasının finalında Atletikonun rəqibi məlum olub - VİDEO

Bakı. 4 may. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının final matçında İspaniya "Atletiko"sunun rəqibi müəyyənləşib.

"Report"un məlumatına görə, bu, Fransanın "Marsel" klubudur.

"Marsel" yarımfinalda Avstriya "Zaltsburq"unu iki oyunun yekununda mübarizədən kənarlaşdırıb. Öz meydanında 2:0 hesabı ilə qələbə qazanan Fransa təmsilçisi səfər matçının əsas vaxtında eyni hesabla uduzub. Nəticədə əlavə vaxt təyin olunub. Bu zaman "Marsel"in futbolçusu Rolando fərqi azaldıb. Nəticədə "Marsel" səfərdə 1:2 hesabı ilə uduzmasına baxmayaraq, ümumi nəticədə 3:2 hesablı üstünlüklə mərhələ adlayıb.

Avropa Liqası, yarımfinal, cavab oyunları

3 may

23:05. "Zaltsburq” (Avstriya) – "Marsel” (Fransa) - 2:1 (ƏLAVƏ VAXT - 0:1)

Qollar: Amadu Haydara, 53. Buna Sarr, 65-öz qapısına - Rolando, 116

Qırmızı vərəqə: Amadu Haydara, 119 ("Zaltsburq")

Baş hakim: Sergey Karasyov (Rusiya)

İlk oyun - 0:2

Daha əvvəl "Atletiko" İngiltərə "Arsenal"ını iki oyunun yekununda mübarizədən kənarlaşdırıb - 1:1, 1:0.

Qeyd edək ki, final oyunu mayın 16-da Fransanın Lion şəhərindəki eyniadlı stadionda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi