Avropa Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulacaq - AFİŞA

Avropa Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulacaq - AFİŞA Bakı. 13 dekabr. REPORT.AZ/ Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulacaq.
Futbol
13 Dekabr , 2018 07:35
Avropa Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulacaq  - AFİŞA

Bakı. 13 dekabr. REPORT.AZ/ Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulacaq.

"Report" xəbər verir ki, VI turda 1/16 finala yüksələn sonuncu 11 komanda müəyyənləşəcək.

Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ" sonuncu matçında İngiltərədə "Arsenal"ın qonağı olacaq. Qrupun oyununda Portuqaliya "Sportinq"i Ukrayna "Vorskla"sını qəbul edəcək. London və Lissabon təmsilçiləri növbəti mərhələni daha öncə təmin edib. 

Azərbaycan milli komandasının futbolçusu Riçard Almeydanın şərəfini qoruduğu Qazaxıstan "Astana"sı səfərdə Fransanın "Renn" komandası ilə qarşılaşacaq. "Astana"ya növbəti mərhələyə yüksəlmək üçün heç-heçə bəs edirsə, fransızlar mütləq qələbə qazanmalıdırlar.

Türkiyə klublarından növbəti mərhələ şanslarını davam etdirən "Beşiktaş" evdə İsveçin "Malmö" komandasının müqavimətini qırmağa çalışacaq. "Qara qartallar" qələbə qazanacağı təqdirdə digər görüşün nəticəsindən aslı olmayaraq pley-offa yüksələcək. 

Qeyd edək ki, 13 komanda öncədən növbəti mərhələni rəsmiləşdirib. Sonuncu tur "Arsenal" (İngiltərə), "Ayntraxt” (Almaniya), "Latsio” (İtaliya), "Çelsi” (İngiltərə), "Sürix” (İsveçrə), "Bayer” (Leverkuzen, Almaniya), "Dinamo” (Zaqreb, Xorvatiya), "Zaltsburq" (Avstriya), "Zenit" (Rusiya), "Fənərbağça" (Türkiyə), "Sportinq" (Portuqaliya), "Betis" (İspaniya) və "Dinamo" (Kiyev, Ukrayna) komandaları üçün formal xarakter daşıyır.

Avropa Liqası

Qrup mərhələsi, VI tur

13 dekabr

A qrupu

00:00. AEK (Kipr) - "Bayer" (Almaniya)

00:00. "Ludoqorets" (Bolqarıstan) - "Sürix" (İsveçrə)

Xal durumu: "Bayer" - 10, "Sürix" - 9, AEK - 5, "Lüdoqorets" - 3.

B qrupu

00:00. "Leypziq" (Almaniya) - "Rusenborq" (Norveç)

00:00. "Seltik" (Şotlandiya) - "Zalsburq" (Avstriya)

Xal durumu: "Zaltsburq" - 15, "Seltik" - 9, "Leyptsiq" - 6, "Rusenborq" - 0.

C qrupu

00:00. "Kopenhagen" (Danimarka) - "Bordo" (Fransa)

00:00. "Slaviya" (Çexiya) - "Zenit" (Rusiya)

Xal durumu: "Zenit" - 11, "Slaviya" - 7, "Kopenhagen" - 5, "Bordo" - 4.

D qrupu

00:00. "Spartak" (Trnava, Slovakiya) - "Fənərbaxça" (Türkiyə)

00:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Anderlext" (Belçika)

Xal durumu: "Dinamo" - 13, "Fənərbağça" - 8, "Spartak" - 4, "Anderlext" - 2

E qrupu

00:00. "Arsenal" (İngiltərə) - "Qarabağ" (Azərbacyan)

00:00. "Sportinq" (Portuqaliya) - "Vorskla" (Ukrayna)

Xal durumu: "Arsenal" - 13, "Sportinq" - 10, "Vorskla" - 3, "Qarabağ" - 3.

F qrupu

00:00. "Düdelanj" (Lüksemburq) - "Betis" (İspaniya)

00:00. "Olimpiakos" (Yunanıstan) - "Milan" (İtaliya)

Xal durumu: "Betis" - 11, "Milan" - 10, "Olimpiakos" - 7, "Düdelanj" - 0.

G qrupu

21:55. "Rapid" (Vyana, Avstriya) - "Reyncers" (Şotlandiya)

21:55. "Vilyarreal" (İspaniya) - "Spartak" (Moskva, Rusiya

Xal durumu: "Vilyarreal" - 7, "Rapid" - 7, "Reyncers" - 6, "Spartak" - 5.

H qrupu

21:55. "Latsio" (İtaliya) - "Ayntraxt" (Almaniya)

21:55. "Marsel" (Fransa) - "Apollon" (Kipr)

Xal durumu: "Ayntraxt" - 15, "Latsio" - 9, "Apollon" - 4, "Marsel" - 1.

I qrupu

21:55. "Beşiktaş" (Türkiyə) - "Malmö" (İsveç)

21:55. "Genk" (Belçika) - "Sarpsborq" (Norveç)

Xal durumu: "Genk" - 8, "Beşiktaş" - 7, "Malmö" - 6, "Sarpsporq" - 5.

J qrupu

21:55. "Akhisar" (Türkiyə) - "Standard" (Belçika)

21:55. "Sevilya" (İspaniya) - "Krasnodar" (Rusiya)

Xal durumu: "Krasnodar" - 12, "Sevilya" - 9, "Standard" - 9, "Akhisar" - 0.

K qrupu

21:55. "Dinamo" (Kiyev, Ukrayna) - "Yablonets" (Çexiya)

21:55. "Renn" (Fransa) - "Astana" (Qazaxıstan)

Xal durumu: "Dinamo" - 11, "Astana" - 8, "Renn" - 6, "Yablonets" – 2

L qrupu

21:55. "MOL Vidi" (Macarıstan) - "Çelsi" (İngiltərə)

21:55. PAOK (Yunanıstan) - BATE (Belarus)

Xal durumu: "Çelsi" - 15, BATE - 6, "Videoton" - 6, PAOK - 3. 

Son xəbərlər

Orphus sistemi