Yuxarı

​Avropa Liqasında 1/16 final mərhələsinin daha 15 oyunu keçiriləcək

Qalatasaray İtaliya Latsiosu ilə qarşılaşacaq

Bakı. 18 fevral. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasının 1/16 final mərhələsinin növbəti oyunları keçiriləcək. "Report"un məlumatına görə, gecədə 15 görüş baş tutacaq.

"Qəbələ" klubunun qrup mərhələsindəki rəqibi olmuş Rusiya "Krasnodar"ı səfərdə Çexiya "Sparta"sı ilə qarşılaşacaq. Eyni qrupda mübarizə aparmış Almaniyanın "Borussiya" (Dortmund) komandası isə Portuqaliyanın "Portu" klubunu qonaq edəcək.

"Qarabağ"ın çıxış etdiyi qrupdan növbəti mərhələyə yüksələn İngiltərə "Tottenhem"i İtaliyada "Fiorentina" ilə qarşılaşacaq. Həmin qrupda çıxış etmiş "Anderlext" Belçikada Yunanıstan "Olimpiakos"unu sınağa çəkəcək.

Türkiyənin "Qalatasaray" klubu isə İtaliya "Latsio"su ilə münasibətlərinə aydınlıq gətirəcək.

Xatırladaq ki, 1/16 final mərhələsinin ilk oyununda Türkiyə "Fənərbağça"sı Rusiyanın "Lokomotiv" klubunu qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Avropa Liqası

1/16 final, ilk oyunlar

22:00. "Borussiya" (Dortmund, Almaniya) - "Portu" (Portuqaliya)

Dortmund. "Siqnal İduna Park"

22:00. "Fiorentina" (İtaliya) - "Tottenhem" (İngiltərə)

Florensiya. "Artemio Franki" stadionu

22:00. "Vilyarreal" (İspaniya) - "Napoli" (İtaliya)

Vilyarreal. "El Madriqal" stadionu

22:00. "Mityulland" (Danimarka) - "Mançester Yunayted" (İngiltərə)

Herninq. "Herninq" stadionu

22:00. "Sevilya" (İspaniya) - "Molde" (Norveç)

Sevilya. "Ramon Sançes Pisxuan"

22:00. "Anderlext" (Belçika) - "Olimpiakos" (Yunanıstan)

Brüssel. "Konstant Vandenstok" stadionu

22:00. "Sent-Etyen" (Fransa) - "Bazel" (İsveçrə)

Sent-Etyen. "Jeffrua Qişar" stadionu

00:05. "Qalatasaray" (Türkiyə) - "Latsio" (İtaliya)

İstanbul. "Ali Sami Yen" stadionu

00:05. "Auqsburq" (Almaniya) - "Liverpul" (İngiltərə)

Auqsburq. "SLG-Аrеnа"

00:05. "Marsel" (Fransa) - "Atletik" (Bilbao, İspaniya)

Marsel. "Velodrom" stadionu

00:05. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Şalke" (Almaniya)

Lvov. "Lvov Arena"

00:05. "Syon" (İsveçrə) - "Braqa" (Portuqaliya)

Syon. "Turbion" stadionu

00:05. "Sparta" (Çexiya) - “Krasnodar” (Rusiya)

Praqa. "Letna" stadionu

00:05. "Sportinq" (Portuqaliya) - "Bayer" (Leverkuzen, Almaniya)

Lissabon. "Joze Alvarade" stadionu

00:05. "Valensiya" (İspaniya) - "Rapid" (Vyana, Avstriya)

Valensiya. "Mestalya" stadionu

Qeyd edək ki, cavab görüşləri 24-25 fevralda keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi