Yuxarı
    Bağlamaq

    Avropa Liqası: "Qarabağ" Yunanıstanda PAOK-u məğlub edib - VİDEO

    Oyunda yeganə qolu Miçel vurub

    Yunanıstan, Saloniki. 4 noyabr. REPORT.AZ/ "Qarabağ" klubu Avropa Liqasının IV turunda Yunanıstanda PAOK-la qarşılaşıb.

    "Report"un Saloniki şəhərinə ezam olunmuş əməkdaşının məlumatına görə, qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb.

    Oyunun ilk hissəsində hər iki komanda hücumlar etsə də, qapılara qol vurulmayıb.

    Maçtın ikinci hissəsində "Qarabağ" rəqibindən daha fəal olub. Baş məşqçi Qurban Qurbanov matçın 64-cü dəqiqəsində Rahid Əmirquliyevi Miçellə əvəzləyib. Oyuna yeni daxil olan Miçel 5 dəqiqə sonra Azərbaycan azarkeşlərini sevindirib. İspaniyalı futbolçunun zərbəsi rəqib qapısının torunu silkələyib - 1:0.

    Qalan dəqiqələrdə meydan sahibləri hücumların sayını artırsa da, fərqlənmək mümkün olmayıb. Oyun "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

    Qrupun digər oyununda isə İtaliyanın "Fiorentina" klubu Çexiya "Slovan"ını 3:0 hesabı ilə məğlub edib.

    Bu nəticələrdən sonra "Fiorentina" 10 xalla "J" qrupunun dəyişməz liderinə çevrilib və növbəti mərhələyə vəsiqəni təmin edib. "Qarabağ" səfərdə qazanılan 3 xalla ikinci pilləyə yüksəlib. Azərbaycan təmsilçisinin aktivində 7 xal var. PAOK 4 xalla 3-cü, "Slovan" isə 1 xalla qrup sonuncusudur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi