Avropa Liqası: 1/16 final mərhələsinin püşkü zamanı "Başakşehir" səpələnmişlər səbətində yer alacaq

Avropa Liqası: 1/16 final mərhələsinin püşkü zamanı "Başakşehir" səpələnmişlər səbətində yer alacaq UEFA Avropa Liqasında 1/16 final mərhələsinin püşkü dekabrın 16-da atılacaq.
Futbol
13 Dekabr , 2019 11:25
Avropa Liqası: 1/16 final mərhələsinin püşkü zamanı Başakşehir səpələnmişlər səbətində yer alacaq

UEFA Avropa Liqasında 1/16 final mərhələsinin püşkü dekabrın 16-da atılacaq.

"Report"un məlumatına görə, qitə futbol qurumun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Avropa Liqasının qruplarından ilk 2 pillənin sahibi, Çempionlar Liqasında isə qrup üçüncüləri kimi mərhələ adlamış 32 komanda 2 səbətə bölünəcək. Səpələnmişlər səbətində Avropa Liqasında 12 qrupun qalibləri, eləcə də Çempionlar Liqasında qrup üçüncüsü olmuş komandalardan ən yüksək reytinqli 4 komanda yer alacaq. Onların arasında Türkiyənin yeganə təmsilçisi "Başakşehir" də var:

Səpələnmişlər: "Ayaks" (Hollandiya), "Arsenal" (İngiltərə), "Bazel" (İsveçrə), "Benfika" (Portuqaliya), "Braqa" (Portuqaliya), "Seltik" (Şotlandiya), "Espanyol" (İspaniya), "Gent" (Belçika), "İnter" (İtaliya), "Başakşehir" (Türkiyə), LASK (Avstriya), "Malmö" (İsveç), "Mançester Yunayted" (İngiltərə), "Porto" (Portuqaliya), "Zaltsburq" (Avstriya), "Sevilya" (İspaniya)

Səpələnməmişlər: APOEL (Kipr), AZ (Hollandiya), "Bayer" (Leverkuzen, Almaniya), ÇFR (Rumıniya), "Brügge" (Belçika), "Kopenhagen" (Danimarka), "Ayntraxt" (Frankfurt, Almaniya), "Xetafe" (İspaniya), "Lüdoqorets" (Bolqarıstan), "Olimpiakos" (Yunanıstan), "Reyncers" (Şotlandiya), "Roma" (İtaliya), "Şaxtyor" (Donetsk, Ukrayna), "Sportinq" (Portuqaliya), "Volfsburq" (Almaniya), "Vulverhempton" (İngiltərə)

Səpələnmişlər səbətindəki komandalar cavab görüşlərini öz meydanlarında keçirəcəklər. Püşk eyni ölkənin və eyni qrupun komandalarını bir-birinə rəqib edə bilməz. İlk oyunlar 2020-ci il fevralın 20-də, cavab görüşləri fevralın 27-də keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi