Yuxarı

AVRO-2020: Türkiyə Moldovanı darmadağın edib

AVRO-2020: Türkiyə Moldovanı darmadağın edib

Futbol üzrə Türkiyə milli komandası AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, "H" qrupunda yer alan "ay-ulduzlular" 2-ci turda Moldova yığması ilə qarşılaşıb.

Eskişehir Yeni Stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.

Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğanın canlı izlədiyi qarşılaşmada hesabı 24-cü dəqiqədə Hasan Ali Kaldırım açıb. Bundan 2 dəqiqə sonra Cenk Tosun fərqi artırıb. 53-cü dəqiqədə Türkiyə yığmasının kapitanı Burak Yılmaz penaltidən yararlana bilməyib. Lakin cəmi 1 dəqiqə sonra Tosun özünün ikinci, komandasının üçüncü qolunu vurub. Son nöqtəni isə 70-ci dəqiqədə Kaan Ayhan qoyub. "Səbail"in Moldova yığmasına çağırılan futbolçusu Yevgeni Koçuk bu matçda sonadək ehtiyatda qalıb.

Beləliklə, ardıcıl ikinci qələbəsini qazanan Türkiyə yığması xallarını 6-ya çatdırıb. Moldova isə yenə qapısından 4 top buraxıb. İlk turda bu komanda Kişinyovda Fransaya uduzub - 1:4. "Ay-ulduzlular" isə evdə Albaniyaya 2:0 hesabı ilə qalib gəlib. "H" qrupunda 2-ci tura saat 23:45-də başlanacaq Fransa - İslandiya və Andorra - Albaniya matçları ilə yekun vurulacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi