Yuxarı

Azərbaycan yığması Macarıstana uduzaraq, AVRO-2020-yə vəsiqə şanslarını itirib - FOTO - YENİLƏNİB-4 - VİDEO

AVRO-2020: ​Macarıstan - Azərbaycan oyunu başlayıb

Azərbaycan yığması Macarıstana uduzaraq, AVRO-2020-yə vəsiqə şanslarını itirib

"Report" xəbər verir ki, matç Macarıstan yığmasının minimal hesablı qələbəsi ilə başa çatıb - Macarıstan - Azərbaycan 1:0.

Qeyd edəki ki, qarşılaşmanın 10-cu dəqiqəsində meydan sahibləri erkən qol vurublar. Macarıstan millisinin heyətində Mihay Korhut fərqlənib. 90+4-cü dəqiqədə Azərbaycan yığması bərabərlik qolunu vurub. Amma referi mübahisəli qərar qəbul edərək, qolu saymayıb. Hakim B.Mustafazadənin əllə oynadığını bildirib. Buna etiraz edən Qarayev sarı vərəqə alıb.


***21:00 

Macarıstan və Azərbaycanın futbol üzrə milli komandaları arasında AVRO-2020-nin seçmə qrup matçının ikinci hissəsi başlayıb.

"Report" xəbər verir ki, qarşılaşmanın 10-cu dəqiqəsində meydan sahibləri erkən qol vurublar. Macarıstan millisinin heyətində Mihay Korhut fərqlənib: Macarıstan - Azərbaycan 1:0. 


***21:45

Macarıstan və Azərbaycanın futbol üzrə milli komandaları arasında AVRO-2020-nin seçmə qrup matçının birinci hissəsi başa çatıb.

"Report" xəbər verir ki, qarşılaşmanın 10-cu dəqiqəsində meydan sahibləri erkən qol vurublar. Macarıstan millisinin heyətində Mihay Korhut fərqlənib: Macarıstan - Azərbaycan 1:0. Komandalar fasiləyə bu hesabla yollanıblar.  


***20:11

Macarıstan və Azərbaycanın futbol üzrə milli komandaları arasında AVRO-2020-nin seçmə qrup matçında hesab açılıb.

"Report" xəbər verir ki, qarşılaşmanın 10-cu dəqiqəsində meydan sahibləri erkən qol vurublar. Macarıstan millisinin heyətində Mihay Korhut fərqlənib: Macarıstan - Azərbaycan 1:0.


***20:01

Macarıstan və Azərbaycanın futbol üzrə milli komandaları arasında AVRO-2020-nin seçmə qrup matçı start götürüb. 

"Report"un Budapeştə ezam olunmuş əməkdaşı xəbər verir ki, görüş "Groupama Arena"da keçirilir. Oyunu UEFA-nın cəzası üzündən 14 yaşadək macarıstanlı uşaqlarla yanaşı, 200-dək azərbaycanlı azarkeş də izləyir. 

Matç Bakı vaxtı ilə saat 20:00-da başlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi