​Bu gün AVRO-2016-nın "pley-off" mərhələsinə start veriləcək

​Bu gün AVRO-2016-nın "pley-off" mərhələsinə start veriləcək Cavab görüşü noyabrın 15-də Budapeştdə keçiriləcək
Futbol
12 Noyabr , 2015 12:22
​Bu gün AVRO-2016-nın pley-off mərhələsinə start veriləcək

Bakı. 12 noyabr REPORT.AZ/ Bu gün futbol üzrə AVRO-2016-nın "pley-off" mərhələsinin ilk oyunu keçiriləcək. "Report"un məlumatına görə, Norveç millisi Oslodakı "Ullevaal" stadionunda Macarıstanı qəbul edəcək.

Skandinaviya təmsilçisi seçmə mərhələdə Azərbaycanla eyni qrupda yer alıb. H qrupundakı görüşlərin yekununda Per-Matias Höqmonun komandası İtaliya və Xorvatiyadan sonra 3-cü yeri tutub. Macarıstan isə seçmə mərhələdə F qrupunda Şimali irlandiya və Rumıniyadan geri qalıb. 

AVRO-2016, pley-off mərhələsi

23:45. Norveç - Macarıstan

Baş hakim: Mark Klattenburq

Hakim köməkçiləri: Krayq Pavson, Conatan Moss

Dördüncü hakim: Simon Bennett (hamısı İngiltərə)

Qeyd edək ki, cavab görüşü noyabrın 15-də Budapeştdə keçiriləcək. İki oyunun nəticəsində üstün tərəf Fransada keçiriləcək final mərhələsinə yüksələcək. 

Son xəbərlər

Orphus sistemi