​AVRO-2016-nın "play off" mərhələsinin daha bir cavab oyunu keçiriləcək

​AVRO-2016-nın "play off" mərhələsinin daha bir cavab oyunu keçiriləcək İrlandiya doğma meydanda Bosniya və Herseqovinanı qəbul edəcək
Futbol
16 Noyabr , 2015 19:33
​AVRO-2016-nın play off mərhələsinin daha bir cavab oyunu keçiriləcək

Bakı. 16 noyabr. REPORT.AZ/ Bu gün futbol üzrə AVRO-2016-nın "play-off" mərhələsinin daha bir cavab görüşü keçiriləcək. "Report"un məlumatına görə, gecənin tək oyununda İrlandiya Bosniya və Herseqovinanı qəbul edəcək.

İrlandiyanın Dublin şəhərindəki Aviva stadionuna keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. Oyunu Hollandiyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Björn Kyopers olacaq.

Bu qarşılaşma Azərbaycan futbol azarkeşlərinin də maraq dairəsindədir. Buna səbəb Bosniya və Herseqovina millisinin heyətində "Qarabağ" və "Qəbələ" klublarının futbolçularının çıxış etməsidir.

"Qəbələ"nin hücumçusu Ermin Zets zədə səbəbindən "play-off"un ilk oyununda olduğu kimi bu gün də meydana çıxa bilməyəcək. Ancaq komandası qrup mərhələsinə vəsiqə qazanacağı təqdirdə, 27 yaşlı futbolçu yığmaya kömək edə biləcək.

"Qarabağ"ın qapıçısı İbrahim Şehiç isə meydana çıxa bilər. İrlandiya ilə evdə keçirilmiş ilk oyunda ehtiyat oyunçular skamyasında əyləşən qapıçı baş məşqçi Mehmed Bazdareviçin şans verəcəyi təqdirdə meydanda olacaq.

Komandalar arasında Bosniya və Herseqovinada keçirilmiş ilk oyun 1:1 hesabı ilə yekunlaşıb.

AVRO-2016, play-off mərhələsi, cavab oyunu

23:45. İrlandiya - Bosniya və Herseqovina

Baş hakim: Björn Kyopers.

Yan xətt hakimləri: Sander van Roekel, Ervin Zeynstra

Dördüncü hakim: Çarles Şaap (hamısı Hollandiya)

Dublin. Aviva stadionu.

Qeyd edək ki, artıq "play-off" mərhələsindən Fransanın paytaxtı Parisə yollanacaq bir komandanın adına aydınlıq gəlib. Macarıstan Norveçi səfərdə 1:0, evdə isə 2:1 hesabı ilə məğlub etməklə Parisə yollanmaq şansını əldən verməyib.

Son xəbərlər

Orphus sistemi