"Atletiko"nun futbolçusu: "Qarabağ"la oyunlardakı uğursuzluqlardan sonra özümüzü məyus hiss etdik"

"Atletiko"nun futbolçusu: "Qarabağ"la oyunlardakı uğursuzluqlardan sonra özümüzü məyus hiss etdik" "Amma biz uğursuzluğa bəhanə gətirmədik"
Futbol
14 May , 2018 13:35
Atletikonun futbolçusu: Qarabağla oyunlardakı uğursuzluqlardan sonra özümüzü məyus hiss etdik
0 : 00
0 : 00

Bakı. 14 may. REPORT.AZ/ İspaniyanın "Atletiko" komandasının futbolçusu Saul Nyiges Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı keçirdikləri oyunları xatırlayıb.

"Report"un məlumatına görə, 24 yaşlı futbolçu yerli "El Mundo" nəşrinə müsahibəsində Ağdam təmsilçisi ilə görüşdə uğursuz çıxış etdiklərini vurğulayıb: "Bizim üçün həyati vacib iki oyunda "Qarabağ"a qarşı uğursuz çıxış etdik. Buna görə özümüzü məyus hiss etməyimiz normaldır. Üstün durumda olmağımıza baxmayaraq, uğur qazana bilmədik. Amma biz uğursuzluğa bəhanə gətirmədik. Buna görə də Avropa Liqasına düşəndə hamımız belə qənaətdə olduğumuzu dedik: "Bu yarış bizə çox şey verdi və heç də kiçik bir şey deyil". Budur, artıq biz buradayıq". 

Qeyd edək ki, "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəkı "Atletiko" ilə hər iki oyunu heç-heçə başa çatıb. Ağdam təmsilçisi Bakıdakı görüşdən qolsuz, Madriddəki qarşılaşmadan isə 1:1 hesablı nəticə ilə ayrılıb. Nəticədə C qrupunda 3-cü yeri tutan "Atletiko" mübarizəni Avropa Liqasında davam etdirib və finaladək irəliləyib. Mayın 16-da Fransanın Lion şəhərində keçiriləcək həlledici qarşılaşmada rəqib "Marsel" olacaq. 

Son xəbərlər

Orphus sistemi