Bakı. 24 may. REPORT.AZ/ İspaniyanın "Atletiko" komandası "Vilyarreal" klubunun futbolçusu Rodriqo Ernandesi transfer edib.
"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, 22 yaşlı yarımmüdafiəçi ilə 5 illik anlaşma əldə olunub. Rodri Madrid təmsilçisinə iyunun 1-də qoşulacaq.
Qeyd edək ki, Rodriqo Ernandes "Atletiko"nun yetirməsidir. Bu mövsüm 47 rəsmi oyunda iştirak edən gənc futbolçu 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.