"Atletik" və "Spartak" azarkeşləri arasında iğtişaş zamanı bir polis ölüb, bir neçə nəfər yaralanıb - VİDEO

"Atletik" və "Spartak" azarkeşləri arasında iğtişaş zamanı bir polis ölüb, bir neçə nəfər yaralanıb - VİDEO Ən azı beş nəfər saxlanılıb
Futbol
23 Fevral , 2018 02:29
Atletik və Spartak azarkeşləri arasında iğtişaş zamanı bir polis ölüb, bir neçə nəfər yaralanıb - VİDEO

Bakı. 23 fevral. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının "Atletik" (İspaniya) və "Spartak" (Rusiya) arasında Bilbao şəhərində keçirilmiş 1/16 final matçından əvvəl fanatlar arasında baş vermiş iğtişaş zamanı bir polis əməkdaşı ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı "Correo" qəzeti yazıb.

Regional hüquq-mühafizə orqanları əməkdaşı ürəyi dayandıqdan sonra tibb müəssisəsinə aparılıb. Reanimasiyadan sonra o, ağır vəziyyətdə olub və sonra dünyasını dəyişib.

Qəzet yazır ki, matçdan əvvəl azarkeşlər arasında baş verən qarşıdurmalar nəticəsində bir neçə nəfər yaralanıb. Əlavə olaraq, ən azı beş nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi