Asiya Kubokunda ilk finalçı müəyyənləşib

Asiya Kubokunda ilk finalçı müəyyənləşib Bakı. 28 yanvar. REPORT.AZ/ Futbol üzrə Asiya Kubokunda ilk finalçı müəyyənləşib.
Futbol
28 Yanvar , 2019 19:53
Asiya Kubokunda ilk finalçı müəyyənləşib

Bakı. 28 yanvar. REPORT.AZ/ Futbol üzrə Asiya Kubokunda ilk finalçı müəyyənləşib.

"Report" xəbər verir ki, ilk yarımfinal qarşılaşmasında İran və Yaponiya komandaları üz-üzə gəlib. Qarşılaşma Yaponiyanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, digər yarımfinal görüşündə Qətər və Birləşmiş Ərəb Əmirlikləri komandaları qarşılaşacaq. Həmin görüş yanvarın 29-da Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. 

Final matçı isə fevralın 1-də baş tutacaq.

Son xəbərlər

Orphus sistemi