“Arsenal” “Şaxtyor”un müdafiəçisi ilə maraqlanır

“Arsenal” “Şaxtyor”un müdafiəçisi ilə maraqlanır “Arsenal” futbol klubu “Şaxtyor”un (Donetsk, Ukrayna) və Ukraynanın futbol üzrə milli yığmasının müdafiəçisi Nikolay Matviyenko ilə maraqlanır.
Futbol
22 Yanvar , 2020 06:17
“Arsenal” “Şaxtyor”un müdafiəçisi ilə maraqlanır

“Arsenal” futbol klubu “Şaxtyor”un (Donetsk, Ukrayna) və Ukraynanın futbol üzrə milli yığmasının müdafiəçisi Nikolay Matviyenko ilə maraqlanır.

“Report” xəbər verir ki, bu barədə “Komanda №1” məlumat yayıb.

Qeyd olunub ki, hazırda klublar arasında futbolçunun yanvarda transfer edilməsi ilə bağlı danışıqlar gedir. 

Bundan əvvəl futbolçu ilə “Mançester Siti” futbol komandasının maraqlandığı deyilirdi.

Bu mövsüm Ukrayna çempionatında 14 oyunda iştirak edən futbolçu yalnız bir qol vurub, bir məhsuldar ötürmə edib və bir sarı vərəqə alıb. Futbolçunun Ukrayna klubu ilə müqaviləsi 2021-ci ilin yayına qədər qüvvədədir.

Son xəbərlər

Orphus sistemi