Yuxarı

İngiltərənin ​"Arsenal" klubu Türkiyədə futbol akademiyası açıb

Klub Premyer Liqa tarixinə düşüb

Bakı. 1 iyun. REPORT.AZ/ İngiltərənin "Arsenal" klubu Türkiyədə rəsmi futbol məktəbini açıb. "Report"un məlumatına görə, məktəbdə dərslər İstanbulda yerləşən Bəyoğlu Stadionunda keçiriləcək.

Akademiyada eyni vaxtda 100 yeniyetmənin futbolla məşğul olması nəzərdə tutulub. Bundan başqa, şagirdlərə ingilis dili də öyrədiləcək. "Topçular"ın türk əsilli futbolçusu Məsut Özilin akademiyanın tanıtım üçün bu yay ərzində Türkiyəyə gələcəyi gözlənilir.

Qeyd edək ki, bu "Arsenal"ın bölgədə açdığı 25-ci futbol akademiyasıdır. Klubun ən yaxşı akademiyası Londonda yerləşir. "Arsenal" Türkiyədə futbol akademiyası açan ilk Premyer Liqa klubu kimi tarixə düşüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi