Yuxarı
    Bağlamaq

    "Arsenal" klubu futbolçularının şənləndirici qazdan istifadə etmələrinə dair xəbərə münasibət bildirib

    Bakı. 7 dekabr. REPORT.AZ/ "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi İngiltərə "Arsenal"ı futbolçularının spirtli içki və şənləndirici qazdan istifadə etmələri ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

    "Report" "Sky Sport"a istinadən xəbər verir ki, London təmsilçisinin mətbuat xidməti oyunçularla insidentlə bağlı söhbət aparılacağını açıqlayıb. Həmin vaxt onlara klub nümyəndəsi kimi məsuliyyət və vəzifələri xatırladılacaq.

    Qeyd edək ki, "The Sun" "Arsenal"ın 12 oyunçusunun gecə klubunda 70-dən çox qızla birlikdə əylənmələrinin görüntülərini yayıb. Futbolçular həmin vaxt şampan, araq və viski içməklə yanaşı, şənləndirici qaz qəbul ediblər. Narkotik tərkibli "Hippy Crack" adlanan şənləndirici qazdan Aleksandr Lyakazett, Henrik Mxitaryan, Pyer-Emerik Obameyanq, Mesut Özil, Sead Kolaşinaç və Matteo Genduzinin istifadə etdiyi bildirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi