"Arsenal" klubu futbolçularının şənləndirici qazdan istifadə etmələrinə dair xəbərə münasibət bildirib

"Arsenal" klubu futbolçularının şənləndirici qazdan istifadə etmələrinə dair xəbərə münasibət bildirib Bakı. 7 dekabr. REPORT.AZ/ Qarabağın Avropa Liqasının qrup mərhələsindəki rəqibi İngiltərə Arsenalı futbolçularının spirtli içki və şənləndirici qazdan istifadə etmələri ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Futbol
7 Dekabr , 2018 14:46
Arsenal klubu futbolçularının şənləndirici qazdan istifadə etmələrinə dair xəbərə münasibət bildirib

Bakı. 7 dekabr. REPORT.AZ/ "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi İngiltərə "Arsenal"ı futbolçularının spirtli içki və şənləndirici qazdan istifadə etmələri ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

"Report" "Sky Sport"a istinadən xəbər verir ki, London təmsilçisinin mətbuat xidməti oyunçularla insidentlə bağlı söhbət aparılacağını açıqlayıb. Həmin vaxt onlara klub nümyəndəsi kimi məsuliyyət və vəzifələri xatırladılacaq.

Qeyd edək ki, "The Sun" "Arsenal"ın 12 oyunçusunun gecə klubunda 70-dən çox qızla birlikdə əylənmələrinin görüntülərini yayıb. Futbolçular həmin vaxt şampan, araq və viski içməklə yanaşı, şənləndirici qaz qəbul ediblər. Narkotik tərkibli "Hippy Crack" adlanan şənləndirici qazdan Aleksandr Lyakazett, Henrik Mxitaryan, Pyer-Emerik Obameyanq, Mesut Özil, Sead Kolaşinaç və Matteo Genduzinin istifadə etdiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi