"Arsenal"ın qapıçısı: "Hələ də anlaya bilmirik ki, "Neftçi" ilə matçda nə baş verdi"

"Arsenal"ın qapıçısı: "Hələ də anlaya bilmirik ki, "Neftçi" ilə matçda nə baş verdi" Rusiya Arsenalının qapıçısı Mixail Levaşov Bakıda Neftçiyə 0:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşünü şərh edib.
Futbol
2 Avqust , 2019 10:36
Arsenalın qapıçısı: Hələ də anlaya bilmirik ki, Neftçi ilə matçda nə baş verdi
Report/Firi Salim

Rusiya "Arsenal"ının qapıçısı Mixail Levaşov Bakıda "Neftçi"yə 0:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşünü şərh edib.  

"Report"un məlumatına görə, 28 yaşlı qolkiper mübarizəni erkən dayandırmalarının avrokubok təcrübəsizliyi ilə əlaqədar olmadığını bildirib. Levaşov ilk yarıda çox yaxşı oynayaraq, təhlükəli vəziyyətlər yaratdıqlarını iddia edib. O, "Neftçi" ilə görüşün digər qarşılaşmalar kimi keçdiyini vurğulayıb: "Avrokuboklara vəsiqə bütün tulalılar kimi, bizim üçün də əlamətdar hadisə idi. Biz də çalışıb-vuruşduq. Demək olmaz ki, Avropada təcrübəmiz çatmadı. Belə fikirlərə qatılmıram. Hələ də anlaya bilmirik ki, nə baş verdi. Premyer Liqada vacib qarşılaşmalarımız irəlidədir. Bu məğlubiyyəti unutmağa çalışacağıq". 

Qeyd edək ki, "Neftçi" Tuladakı ilk matçda 1:0 hesabı ilə qalib gəlib. Nəticədə "Arsenal" mübarizəni dayandırıb. Avropa Liqasının III təsnifat mərhələsində "ağ-qaralar"ın rəqibi İsrail "Bney Yehuda"sı olacaq. İlk oyun avqustun 8-də Bakıda, cavab görüşü avqustun 15-də Təl-Əvivdə keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi