Yuxarı

"Arsenal" azarkeşləri tanınmış qapıçının Bakıdakı finalda oynamasını istəmirlər

"Arsenal" azarkeşləri Petr Çexin Bakıda oynamamasını tələb edirlər

İngiltərənin "Arsenal" klubunun azarkeşləri Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçında qapıçı Petr Çexin oynamamasını tələb edirlər.

"Report"un məlumatına görə, səbəb 37 yaşlı qolkiperin cari mövsüm karyerasını başa vurandan sonra digər finalçı "Çelsi"yə qayıtmasıdır.

Fanatlar çexiyalı oyunçunun əvəzinə həlledici matçda almaniyalı Bernd Lenoya şans verilməsini istəyirlər.

Qeyd edək ki, İngiltərə mətbuatı Petr Çexin "Çelsi"nin idman direktoru olacağını yazıb. 2015-ci ildən "topçular"ın formasını geyinən təcrübəli oyunçu 2004 - 2015-ci illərdə "Çelsi"nin şərəfini qoruyub. Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi