Argentinalı futbolçu start heyətdə yer almayacağı təqdirdə məşqçini tapança ilə hədələyib

Argentinalı futbolçu start heyətdə yer almayacağı təqdirdə məşqçini tapança ilə hədələyib Bakı. 5 fevral. REPORT.AZ/ Argentinanın Eskuela Prezidente Roka komandasının əsas heyətində yer almaq istəyən futbolçu Sezar Paqani məşqçi Kristian Neyrunu zorla saxlayaraq, onu tapança ilə hədələyib.
Futbol
5 Fevral , 2018 08:36
Argentinalı futbolçu start heyətdə yer almayacağı təqdirdə məşqçini tapança ilə hədələyib

Bakı. 5 fevral. REPORT.AZ/ Argentinanın "Eskuela Prezidente Roka" komandasının əsas heyətində yer almaq istəyən futbolçu Sezar Paqani məşqçi Kristian Neyrunu zorla saxlayaraq, onu tapança ilə hədələyib.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Məşqçinin sözlərinə görə, bu, məşq prosesi zamanı baş verib.

"Mən 45 ildən çoxdur bu klubdda çalışıram, amma belə hadisə heç vaxt baş verməyib", - deyə məşqçi bildirib. Məşqçi hadisədən sonra istefaya gedib.

Polis hadisəni araşdırır.

Son xəbərlər

Orphus sistemi