Yuxarı
    Bağlamaq

    Argentinalı futbolçu ilin sonunda karyerasını başa vuracaq

    Bu barədə Karlos Tevezin özü açıqlama verib

    Bakı. 28 sentyabr. REPORT.AZ/ Argentinanın "Boka Xuniors" klubunun futbolçusu Karlos Tevez bu il karyerasını başa vuracaq. 

    "Report"un məlumatına görə, bu barədə argentinalı futbolçu "Fox Sports Radio"ya açıqlamasında bildirib.

    32 yaşlı hücumçu artıq bununla bağlı qərar qəbul etdiyini deyib: "Böyük ehtimalla bu qərar noyabrda öz həllini tapacaq. Argentinada daha çox təzyiq hiss edirsən, nəinki Avropada. Oyundan sonra siz rahatlıqla adət etdiyiniz işlərlə məşğul ola bilərsiniz".

    Qeyd edək ki, Tevez karyerası ərzində "Korintians", "Vest Hem", "Mançester Yunayted", "Mançester Siti" və "Yuventus" klublarında çıxış edib. O, Argentina yığmasının heyətində 70-dən artıq oyun keçirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi