Arda Turan tanınmış müğənninin burnunu qırıb
Futbol
- 10 oktyabr, 2018
- 09:44
Bakı. 10 oktyabr. REPORT.AZ/ Türkiyə milli komandasının və "Başakşehir" klubunun futbolçusu Arda Turan tanınmış müğənni Berkay Şahinlə dava edib.
"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi gecə klublarının birində müğənni ilə insident yaşayıb və onun burnunu qırıb.
Bu hadisədən sonra Berkay həyat yoldaşı ilə birlikdə xəstəxanaya üz tutub. Arda Turan isə gecə klubunu tərk etməyib.
Qeyd edək ki, Arda Turanın 10 matçlıq diskvalifikasiya müddəti başa çatıb. O, ötən mövsüm referiyə qarşı intizamsız hərəkət etdiyi və yan xətt hakimini ölümlə hədələdiyi üçün 16 oyunluq cəzalanmışdı. Ancaq sonradan onun cəzası 10 matça qədər azaldılıb.
Son xəbərlər
15:42
"Everton" Ceyms Qarnerin "Çelsi"yə transferinə razılıq verməyib
Futbol15:37
LMAC rəsmisi: Livanın cənubundakı münaqişə minatəmizləmə əməliyyatlarına da təsir göstərib
Xarici siyasət15:30
"Barselona" Federiko Dimarkonu azad agent kimi heyətinə cəlb etmək istəyir
Futbol15:29
Azərbaycan Türkiyəyə soğan tədarükünü bərpa edib
İKT15:14
Hindistanın XİN rəhbəri: Ukraynada müharibə neftin və digər resursların alınmasına qadağa ilə həll olunmayacaq
Digər ölkələr15:14
"Jirona"dan ayrılan Azzedine Unai Yunanıstan klubuna transfer olub
Futbol15:11
Foto
"YAŞAT" Fondunun təşkilatçılığı ilə şəhid övladları Çanaqqalaya gedib
Daxili siyasət15:06
Kanar adalarına keçməyə cəhd edən 80-dən çox qambiyalı miqrant ölüb
Digər ölkələr14:58