Yuxarı
    Bağlamaq

    ​Araz Abdullayev "Neftçi"yə və milli komandaya kömək edə bilməyəcək

    O, 3 həftə yaşıl meydanlardan uzaq qalacaq

    Bakı. 29 sentyabr. REPORT.AZ/ "Neftçi" klubunun futbolçusu Araz Abdullayev 3 həftəyədək yaşıl meydanlardan uzaq qalacaq. Klubun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tibbi müayinə nəticəsində 23 yaşlı yarımmüdafiəçinin sağ ayaq bağlarında qırıq aşkarlanıb.

    Azərbaycan Premyer Liqasının VI turunda "Qarabağ"la oyunda zədələnərək meydanı tərk edən kapitan "Zirə" və "Qəbələ" klubları ilə oyunu tribunadan izləməli olacaq. Zədə səbəbindən 23 yaşlı yarımmüdafiəçi Azərbaycan milli komandasının heyətində AVRO-2016-nın seçmə mərhələsində Bakıda İtaliya və səfərdə Bolqarıstana qarşı keçiriləcək oyunda forma geyinə bilməyəcək.

    Qeyd edək ki, Araz Abdullayev "Qarabağ"la oyunun 10-cu dəqiqəsində zədələnərək yerini Ruslan Qurbanova verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi