“Anji” dini səbəbə görə ev oyunlarını həftənin cümə günü keçirmək istəmir

“Anji” dini səbəbə görə ev oyunlarını həftənin cümə günü keçirmək istəmir Səbəb cümə gününün müsəlmanlar üçün müqəddəs hesab olunmasıdır
Futbol
6 Aprel , 2017 18:00
“Anji” dini səbəbə görə ev oyunlarını həftənin cümə günü keçirmək istəmir

Bakı. 6 aprel. REPORT.AZ/ Dağıstanın “Anji” klubunun rəhbərliyi komandanın ev oyunlarını cümə günlərinə təyin etməmək üçün Rusiya Futbol İttifaqına müraciət edəcək. “Report”un məlumatına görə, bunu Mahaçqala təmsilçisinin Direktorlar Şurasının sədri Anzor Kavazaşvili "İzvestiya" qəzetinə açıqlamasında bildirib.

Klub rəsmisi cümənin müsəlmanlar üçün müqəddəs gün sayılması səbəbindən belə bir addım atacaqlarını deyib. A.Kavazaşvili qeyd edib ki, azarkeşlər cümə günləri məscidlərə getməyə və ailələri ilə vaxt keçirməyə üstünlük verdikləri üçün stadion dolmur: “Cümə günü evdə ailə ilə vaxt keçirmək və mütləq məscidə getmək qəbul olunub. Ona görə də azarkeşlərimizə cümə günləri oyunlara gəlməyi münasib görümürlər və stadion dolmur. Premyer Liqa təşkilatçılarının bölgənin dini xüsusiyyətlərini anlayışla qarşılayacaqlarına və gələcəkdə təqvim hazırlanan zaman xahişimizi nəzərə alacaqlarına ümid edirik”.

Öz növbəsində futbol üzrə Rusiya Premyer Liqasının prezidenti Sergey Pryadkin bildirib ki, ölkə çempionatının oyunlarının cədvəli tərtib olunarkən regionların xüsusiyyətləri də nəzərə alınır və azarkeşlərlə futbol klublarına güzəştə getməyə çalışırlar. O, daha əvvəl “Terek” rəhbərliyinin belə bir xahişlə müraciət etdiyini söyləyib: "Anji" və "Terek” əhalinin əksəriyyətinin İslam dininə itaət etdikləri regionların təmsilçiləridirlər. Mahaçqala klubunun təşəbbüsü bizim üçün yeni deyil."Terek”in nümayəndələri də belə bir xahişlə bizə müraciət ediblər. Biz öz tərəfimizdən əlimizdən gələni etməyə çalışırıq, amma bu, heç də həmişə alınmır".

S.Pryadkin əlavə edib ki, hazırda iş günlərində Premyer Liqa oyunlarının ümumiyyətlə keçirilməməsi variantına baxılır.

Qeyd edək ki, “Anji” komandası 21 turdan sonra 23 xalla 12-ci pillədə qərarlaşıb. Mahaçqala təmsilçisi cari çempionatda evdə keçirdiyi 11 matçdan 3-də qalib gəlib, 4-də uduzub.

Son xəbərlər

Orphus sistemi