​"Anderlext" klubu "Qarabağ"a məğlub olduğu üçün azarkeşlərinə təzminat ödəyib

​"Anderlext" klubu "Qarabağ"a məğlub olduğu üçün azarkeşlərinə təzminat ödəyib 53 azarkeş üçün "Qarabağ"la oyunun biletləri 4 avro olacaq
Futbol
28 Oktyabr , 2015 14:52
​Anderlext klubu Qarabağa məğlub olduğu üçün azarkeşlərinə təzminat ödəyib

Bakı. 28 oktyabr. REPORT.AZ/ Belçikanın "Anderlext" klubu Avropa Liqasının qrup mərhələsində Bakıda "Qarabağ"a məğlub olduğu üçün (1:0) azarkeşlərinə təzminat ödəyib. "Report"un məlumatına görə, klubu dəstəkləmək üçün Bakıya gələn 53 belçikalı azarkeşin hərəsinə 1000 avro ödənilib.

Bundan başqa hər bir azarkeş komandanın futbolçularına məxsus imzalı forma əldə edib. Onlar komandanın qapıçısı Silvio Proto, yarımmüdafiəçi Yuri Tilemans və hücumçu Stefano Okaka ilə birgə klub bazasında olublar.

Klub rəhbərliyi Bakıda komandalarını dəstəkləyən azarkeşlər üçün bilet qiymətində də endirimlərin olmasına qərar verib. Həmin azarkeşlər Belçikada İngiltərə "Tottenhem"i ilə keçiriləcək oyun üçün 35 avro, Fransa "Monako"su ilə görüşə görə 12 avro, "Qarabağ"la cavab görüşünə isə 4 avroya bilet əldə edə biləcəklər.

Son xəbərlər

Orphus sistemi