Amerikan futbolu üzrə dopinq-testdən keçə bilməyən azərbaycanlı idmançının kimliyi bəlli olub

Amerikan futbolu üzrə dopinq-testdən keçə bilməyən azərbaycanlı idmançının kimliyi bəlli olub Anar Mirzəzadə Sakarya Universitetinin amerikan futbolu komandasında dopinq-testdən keçə bilməyib.
Futbol
26 Dekabr , 2019 12:33
Amerikan futbolu üzrə dopinq-testdən keçə bilməyən azərbaycanlı idmançının kimliyi bəlli olub

Anar Mirzəzadə Sakarya Universitetinin amerikan futbolu komandasında dopinq-testdən keçə bilməyib.

"Report"un məlumatına görə, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli bildirib. O deyib ki, Mirzəzadədən 5 qadağan olunmuş maddə tapılıb.

Nəticədə idmançı 4 il müddətinə diskvalifikasiya olunub: "Güman edirik ki, Mirzəzadə Türkiyə adından çıxış edib. Ona görə də bu idmançı ilə bağlı məsələnin araşdırılmasını Ümumdünya Antidopinq Agentliyindən xahiş etmişik".

Son xəbərlər

Orphus sistemi