Yuxarı

Türkiyə klubu "Keşlə"nin futbolçusu ilə maraqlanır - ƏLAVƏ OLUNUB

"Altay" Sertan Taşqinı istəyir
Son qərarı komandanın məşqçilər heyəti verəcək

Bakı. 5 yanvar. REPORT.AZ/ Türkiyənin I Liqasında mübarizə aparan "Altay" klubu "Keşlə"nin futbolçusu Sertan Taşqınla maraqlanır.

"Report"un yerli mətbuata istinadən verdiyi məlumata görə, 22 yaşlı sağ cinah müdafiəçisi İzmir təmsilçisinin transfer siyahısında yer alıb. Onun namizədliyi menecerlər tərəfindən təklif olunub. Son qərarı komandanın məşqçilər heyəti verəcək.

Lakin futbolçunun özü "Report"a açıqlamasında məlumatdan xəbərsiz olduğunu bildirib: "Hazırda "Keşlə"nin futbolçusuyam, müqaviləm davam edir. Heç bir yerli və əcnəbi klubdan təklif almamışam". 

"Keşlə"nin yetirməsi olan Taşqın hazırda əsas heyət üzvlərindən sayılır. O, indiyədək 75 oyunda 4 qol vurub və 12 dəfə Azərbaycanın U-21 yığmasında çıxış edib.

Qeyd edək ki, "Altay" mövsümün ilk yarısını 17 oyundan 17 xalla 18 komanda arasında 14-cü pillədə başa vurub. Hazırda İzmir komandası Antalyada təlim-məşq toplanışındadır. "Keşlə" isə 8 komandalı Azərbaycan Super Liqasında 14 turdan sonra 12 xalla 7-ci pillədədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi