Yuxarı

​Almaniyanın əfsanəvi futbolçusunun adı FİFA-nın korrupsiya qalmaqalında hallanır

FİFA-nın etika üzrə komitəsi oktyabrın 21-də korrupsiyada şübhəli bilinənlərin siyahısını yayacaq

Bakı. 21 oktyabr. REPORT.AZ/ Almaniyanın futbol əfsanəsi Frans Bekenbauerin də adı Beynəlxalq Futbol Federasiyalar Assosiasiyasının (FİFA) korrupsiyada şübhəli bilinən şəxslərinin siyahısındadır.

"Report" xəbər verir ki, bu haqda "Bild" məlumat yayıb.

Məlumata görə, FİFA-nın etika üzrə komitəsi oktyabrın 21-də korrupsiyada şübhəli bilinənlərin siyahısını yayacaq.

Xəbərdə bildirilib ki, 2000-ci ildə "Adidas" şirkətinin başçısı Rober Lui-Dreyfus 6,7 milyon avronu "Almaniya-2006" sifarişçi komitəyə köçürüb. Bu maliyyə vəsaiti Frans Bekkenbaurin başçılıq etdiyi həmin komitənin ehtiyaclarının ödənilməsinə sərf olunmalı imiş. Ancaq həmin məbləğ maliyyə sənədlərinin heç birində öz əksini tapmayıb.

Məlumata əsasən, həmin pullar 2006-cı ildə futbol üzrə dünya çempionatının Almaniya keçirilməsi üçün FİFA-nın İcraiyyə Komitəsindəki Asiyanın 4 təmsilçisinin səsinin alınmasına xərclənib.

Almaniya Futbol Federasiyası, "Adidas" və "Almaniya -2006" sifarişçi komitənin başçısı F.Bekenbauer bu iddiaları təkzib ediblər. FİFA isə məsələ ilə bağlı daxili araşdırma aparacağını bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi